Səhiyyə Nazirliyi dərmanların qiymətinə aydınlıq gətiribbackend

Səhiyyə Nazirliyi dərmanların qiymətinə aydınlıq gətirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu APA-ya Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov deyib.

O bildirib ki, eyni tərkibli dərman vasitələri ayrı-ayrı ölkələrdə istehsal olunanda qiymətlərdə fərqlər əmələ gəlir: “Bir də patent hüququ olan dərman vasitələri olur. Patent hüququ olan dərman vasitəsini sonradan eyni formada, eyni dozada, eyni təsiredici maddə üzrə digər ölkələrin istehsalçıları istehsal etməyə başlayır. Orijinal dərman preparatı hazırlanan zaman, kəşf olunan zaman müxtəlif elmi araşdırmalar aparılır, müəyyən xərclər çəkilir. Ona görə də ilkin olaraq dərmanı istehsal edən istehsalçı ona patent hüququ alır. Patent hüququn 20 il vaxtı olur. 20 il ərzində dərmanı kəşf edən zaman çəkdiyi xərcləri çıxarmaq üçün orijinal dərman vasitəsini ancaq həmin istehsalçı istehsal edir. Bu dünyada belədir. Patent hüququ bitdikdən sonra başqa istehsalçılar da, başqa ölkələr də eyni tərkibdə, eyni dozada, eyni formada həmin dərmanın istehsalına başlayırlar. Burada isə qiymət fərqli olur”.

P. Əzizbəyov qeyd edib ki, dərmanın kəşfi üçün əlavə xərclər çəkmədiyinə görə digər istehsalçı ölkə və şirkətlərin qiymətlərində belə fərqlər əmələ gəlir: “Qiymətlər fərqli olsa da, dərmanın təsir qüvvəsi eynidir. Dərman vasitəsi dövlət qeydiyyatına alınarkən müxtəlif ekspertizalardan keçirilir. Onun keyfiyyət və təhlükəsizlik parametrləri təsdiqlənəndən sonra dövlət qeydiyyatına alınır. Dövlət qeydiyyatına alınan dərman vasitələrinin keyfiyyəti ilə bağlı isə heç bir problem yaranmır”.

İnterpress.az