İclasda bəzi seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
Sonra MSK-ya daxil olunmuş müraciətlərə baxılıb. 75 saylı Lənkəran-Masallı seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş İmamverdi Əliyevin namizədliyinin qeydə alınmaması ilə bağlı Dairə Seçki Komissiyasının qərarı qüvvəsində saxlanılıb. Məlum olub ki, namizədin təqdim etdiyi imzalardan 55-i etibarsızdır.
Sonda cari məsələlərə baxılıb.
İnterpress.az