“Qafqazinfo” son dərəcə ciddi sensasiyalı sayıla biləcək bu xəbəri dəqiqləşdirmək üçün rəsmi qurumlarla əlaqə saxlayıb. Bu qurumlardan redaksiyaya bildirilib ki, vəzifəsindən azad olunan nazir Eldar Mahmudovun və digər generalların həbs edilməsi ilə bağlı məlumatların heç bir əsası yoxdur.
Bunu sadəcə olaraq kadr dəyişikliyi kimi qiymətləndirmək lazımdır.
Qeyd edək ki, Eldar Mahmudovun yerinə hələ ki, təyinat olmayıb və bununla bağlı prezident sərəncamı dərc olunmayıb.
***
Bu şokedici məlumatı Haqqın.az saytı yayıb.
Məlumata görə E.Mahmudov vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. Onun vəzifəsindən azad olunmasından sonra MTN-in telefon dinləmələrilə məşğul olan bir neçə əməkdaşı da həbs olunub. Ehtimal olunur ki, onlar nazirin göstərişi ilə ölkə rəhbərliyinə daxil olan şəxslərin telefon danışıqlarını dinləyiblər.
Keçmiş nazirə qarşı daha bir ittihamın irəli sürüldüyü bildirilir, lakin onun nədən ibarət məlum deyil.
İnterpress.az