Fövqəladə Hallar Nazirliyinin (FHN) Saatlı Yanğından Mühafizə Xidmətindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, gecə saatlarında Saatlı rayonunda yerləşən ”Araz Şöhrət” ticarət mərkəzi (keçmiş kolxoz bazarı) yanıb.
Ticarət mərkəzi xeyli hissəsi tamamilə yanıb. Yanğın səhər saat 8.00 radələrində lokallaşdırılıb. Ticarət mərkəzinin bir hissəsi və ətrafdakı tikililər yanğından mühafizə olunub.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Saatlı, Sabirabad və İmişli Yanğından Mühafizə Xidmətinin avtomobilləri və canlı qüvvəsi cəlb edilib.
Yanğının hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır.
İnterpress.az