Ermənilər Tovuzun 2 dinc sakinini güllələdi – VİDEObackend

Ermənilər Tovuzun 2 dinc sakinini güllələdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kənd sakini Elvin Qafarov itən mal-qarasını axtararkən açıq ərazidə Ermənistan Silahlı Qüvvələri tərəfindən davamlı atəşə tutulub.

Düşmən silahından açılan atəş döyüşə yararlı mərmiyə dəyərək partlayıb. Nəticədə Elvin Qafarov ağır qəlpə yarası alıb. Sol ayağından ağır xəsarət alan Elvinə köməyə gələn həmkəndlisi Qərhəman Cabbarov da atəşə məruz qalıb.

Digər mərminin partlaması nəticəsində o da sifət nahiyəsindən yaralanıb. Hər iki şəxs Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir. ( ttv )

İnterpress.azhttps://youtube.com/watch?v=fu5gC71hSJE