Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərin sualına cavab olaraq, ərəb şeyxləri və onların övladlarının Azərbaycan ərazisində ov etmələrinə münasibət bildirərkən deyib.
Nazir qeyd edib ki, bütün növ fəaliyyət dövlət qanunları çərçivəsində olmalıdır: “Ova lisenziya verilir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən lazımi icazələr verilir. O icazələr əsasında fəaliyyət həyata keçirilir. Bütün dünyada bu təcrübə mövcuddur. Hesab edirəm ki, imkanlı adamlar Azərbaycana gəlib, vəsaitini xərcləyirsə və bu vəsait dövriyyəyə daxil olursa, buna ancaq sevinməliyik”.
Ə. Qarayev əlavə edib ki, lisenziyalar əsasında, qanunvericilik çərçivəsində Azərbaycan mədəniyyətinə, təbiətinə, tarixi abidələrinə xələl gətirməmək şərti ilə bütün növ turizm fəaliyyəti həyata keçirilə bilər”.
İnterpress.az