XİN rəhbəri: “Gürcüstanla-Azərbaycan arasında sərhəd problemi olmamalıdır”backend

XİN rəhbəri: “Gürcüstanla-Azərbaycan arasında sərhəd problemi olmamalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı Georgi Kvirikaşvili ilə ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İ. Əliyevin Tiflisə səfəri zamanı Gürcüstan tərəfi ilə müzakirə oluna biləcək məsələlərdən biri sərhədlərin delimitasiyasıdır:

“Sərhədlərin delimitasiyası üzrə komissiya öz işini davam etdirməlidir. Gürcüstan nümayəndə heyəti mart ayında Bakıda səfərdə olub. Bu ilin sonu və ya gələn ilin əvvəlində məsələ ilə bağlı növbəti görüş keçirilməlidir. Strateji əməkdaşlıqdan danışırıqsa, iki ölkə arasında sərhəd problemi olmamalıdır”.

İnterpress.az