İlqar Məmmədov həbsxanada döyülübbackend

İlqar Məmmədov həbsxanada döyülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə məlumatı vəkil Cavad Cavadov yayıb.

Cavad Cavadovun sözlərinə görə, bu barədə ona 2 saylı Cəzaçəkmə Müəssisəsində görüş zaman ReAl Hərəkatının sədri İlqar Məmmədov məlumat verib: \”Bu gün görüş zamanı onun 16 oktyabr 2015-ci il tarixdə Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi tərəfindən döyüldüyünü və bu məlumatı ictimaiyyətə çatdırmaqla yanaşı, hüquq-mühafizə orqanlarına qanuni tədbirlərin görülməsi, onun təhlükəsizliyinin təmin olunması üçün şikayət ünvanlamağımı bildirdi\”.

Vəkilin yaydığı məlumatda qeyd edir ki, İlqar Məmmədov 16.10.2015-ci il tarixdə təqribən saat 15 radələrində (onunla görüşə gələn digər vəkili Fuad Ağayev gedəndən bir müddət sonra) onu Cəzaçəkmə Müəssisəsinin müdriyyətinin oturduğu inzibati binaya çağırıblar: \”Burada Şakir adında rəis müavinin yanına aparıb, orda qəflətən rəis müavini və müəssisənin Çingiz adında əməkdaşı İlqar Məmmədova bir neçə zərbə sinəsindən və başında vurduqdan sonra, itələyə-itələyə rəis Eyvaz Əsgərovun xidməti otağına gətiriblər.

Burada hər üçü onu vurmağa başlamış, yerə yıxıb təpiklə zərəbələr endiriblər. Döyülmənin səbəbini həmin Cəzaçəkmə Müəssisəsində cəza çəkən Rinat Yusifovun adının internet media resurslarına onun tərəfindən guya ötürülməsi bildirildi. Eyni zaman rəis tərəfindən İlqar Məmmədova növbəti dəfə onun buradan sağ-salamat çıxmayacağı bildirilib.\”

Vəkil daha sonra bunları qeyd edib: \”İlqar Məmmədovda görünən xəsarətlərlə bağlı onun boyunun arxasında göyərti olduğunu müşahidə etdim. Eyni zamanda İlqar Məmmədov bildirdi ki, zərbələr ən çox başından əllə və ayaqla vurulduğundan zahirən görünən deyil. Ancaq bunun nəticəsi olaraq başında şişlər var yaranmış və baş ağrıları hələdə qalır. Həmçinin bildirirəm ki, bir aydan artıqdır İlqar Məmmədov telefonla zəng etmək hüququndan məhrum edilib və müraciətlər nəticəsiz qalıb\”.

Vəkil İlqar Məmmədov döyülməsi ilə bağlı, Baş Prokurora, Ədliyyə Nazirliyinə və İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovaya müraciət ünvanlayıb. ( arqument.az )

İnterpress.az