“Sahibkarlıq fəaliyyətində yoxlamaların dayandırılması haqqında” qanun layihəsi Milli Məclisin oktyabrın 20-də keçiriləcək IV çağırışdakı son iclasında müzakirəyə çıxarılacaq. İclasın gündəliyinə ümumən 34 məsələ daxildir.
Dörd maddədən ibarət qanun layihəsinin 1-ci maddəsində bildirilir ki, sahibkarlıq fəaliyyətində yoxlamaların dayandırılması noyabrın 1-dən hesablanmaq şərtilə 2 il müddətinə nəzərdə tutulub.
İnterpress.az