Rayonun Gərəkli kənd sakini 1986-cı il təvəllüdlü Ruslan Adil oğlu Zeynalov çoxsaylı bıçaq zərbələri ilə xəstəxanaya çatdırılıb. Yaralının üzərində dərhal cərrahiyyə əməliyyatı aparılıb və vəziyyəti orta ağırdır.
Aparılan araşdırmalar nəticəsində hadisənin Qullar kəndində baş verdiyi, Ruslan Zeynalovla Qullar kənd sakini 1984-cü il təvəllüdlü Elvin Eldar oğlu Nastakalov arasında mübahisə yarandığı və onu 31 yaşlı Elvin Nastalakovun bıçaqladığı məlum olub.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs artıq tutularaq istintaqa təhvil edilib.
Araşdırmalar nəticəsində insident vaxtı hər iki şəxsin içkili olduğu məlum olub.
Faktla bağlı Balakən Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. ( anspress.com )
İnterpress.az