Bunu Trend-ə Milli Məclisin deputatı Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət komitəsinin baxılması üçün parlamentə tövsiyə etdiyi qanun layihəsində nəzərdə tutulub. Qanun layihəsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qismində parlamentə göndərilib.
R.Quliyev qeyd edib ki, bununla da iqtisadi və iqtisadiyönümlü bloka daxil olan bütün nazirliklər tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılacaq: \”Noyabrın 1-dən sahibkarlıq fəaliyyəti üzrə bütün yoxlamalar iki il müddətinə tam dayandırılacaq. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdiyi yoxlamalar istisna təşkil edəcək\”.
Deputat əlavə edib ki, bu qanun layihəsi vergi qoyma bazasının genişləndirilməsinə xidmət edəcək: \”Bu da öz növbəsində, vergilərin ümumi həcmini artırmağa imkan verəcək. Hesab edirəm ki, bütün bu çoxsaylı yoxlamalar bir çox, xüsusilə də kiçik və orta müəssisələrin bağlanılmasına gətirib çıxarardı. Onlar həmin yoxlamalara tab gətirmirdilər\”.
İnterpress.az