Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.
Bunu Trend-ə Səbail Rayon Polis İdarəsindən bildiriblər.
İdarədən verilən məlumata görə, hazırda İ.Mahmudov işinin başındadır. Onun işdən azad edilməsi ilə bağlı da heç bir əmr və ya qərar verilməyib.
Qeyd edək ki, Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İ.Mahmudovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar yayılıb. İ.Mahmudov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğludur.
***
Bununla bağlı müvafiq əmr imzalanıb.
Qeyd edək ki, İ.Mahmudov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğludur. ( report.az )
İnterpress.az