Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq, istintaq-əməliyyat qrupu yaradılıb MTN-nin 7 zabiti həbs edilib.
Baş Prokurorluğun bununla bağlı yaydığı rəsmi məlumatda həbs edilən MTN əməkdaşlarının adları açıqlanmadığından 7 nəfərin kimlər olduğu dəqiq bilinmir.
Bununla yanaşı, sabiq nazirin kadrlarından sayılan MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov haqqında da ziddiyətli xəbərlər yayılır. Onun gah saxlanıldığı, gah da nəzarətə götürüldüyü bildirilir.
Hakimiyyət dairələrindən Modern.az saytına Akif Çovdarovla bağlı yeni məlumat daxil olub.
Əldə etdiyimiz məlumatda bildirilir ki, A.Çovdarovun oğlu Ruslan Çovdarov çalışdığı işdə yol verdiyi davamiyyətsizliyə görə cəzalandırılıb. Ruslan Çovdarova konkret olaraq töhmət verilib.
Qeyd edək ki, Ruslan Çovdarov xeyli müddətdir Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsində sektor müdiri işləyir.
Xatırladaq ki, Akif Çovdarova 2012-ci ilin martında general-mayor rütbəsi verilib. Ötən ilin martında isə 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif edilib.
İnterpress.az