Tutulan 10-dək MTN əməkdaşı gecə təcridxanaya təslim edilib.
Təcridxanada onlara ciddi şəkildə nəzarət olunur. Hətta rəhbərlik onlara nəzarət edilməsi üçün 30-dan çox \”nadzor\”u əlavə olaraq işə cəlb edib. Həmçinin, onlar üçün ayrıca xüsusi saxlanma kameraları ayrılıb.
Qeyd edək ki, Səbail Rayon Məhkəməsi MTN-çilər haqda həbs qətimkan tədbiri seçdikdən sonra onlar Nərimanov Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Təcridxanasında saxlanılırdılar.
Cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları barələrində həbs qətimkan tədbiri seçilib.
Haqqında həbs qətimkan tədbiri seçilən şəxslərdən üç nəfərinin adı artıq məlumdur. Onlar MTN-in Aparat rəhbəri Fərhad Vahabov, nazirliyin Monitorinq Mərkəzinin əməkdaşı Natəvan Məmmədova və polkovnik Füzuli Ələsgərzadədir.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. ( aznews.az )
İnterpress.az