Bunu millət vəkili Fazil Mustafa sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən uzaqlaşdırılması məsələsinə münasibətində bildirib. O, \”facebook\” hesabında yazdığı statusunda vurğulayıb ki, ümumilikdə cəmiyyətin yüksəlmə və yıxılma barədə təsəvvürləri sırf imkan və vəzifə meyarlarından başqa bir şeylə ölçülmür: “Tez-tez leksikonumuzda rast gəlinən tanış deyim var: Yıxılana balta çalmazlar. Halbuki, az-çox iman anlayışı olan şəxslər üçün bir sabit düstur var: Allah yıxdığını kimsə qaldıra bilməz, Allahın ucaltdığını kimsə endirə bilməz. Vəzifədən çıxmaqla yıxılmaq arasında məntiqi əlaqəyə gəldikdə isə, belə bir əlaqəni ümumiyyətlə, istisna edirəm”.
F.Mustafa bildirib ki,vəzifədə olmayan, maddi vəziyyəti zəif olan insanların ucalma perspektivini görmək çətindir: “Vəzifəli-vəzifəsiz, imkanlı-imkansız, ən böyük yıxılmaq- nəfsinə yıxılmaqdır. İnsan oğlu hansı məqamda olursa-olsun, axirətdə hesab vermə qorxusunu yaddaşından uzaq tutmamalıdır”.
Məlumat üçün bildirək ki, F.Mustafa statusunda MTN-in keçmiş rəhbərinin adını çəkməsə də, son günlər ölkə gündəmini zəbt edən məsələ Eldar Mahmudovun vəzifədən kənarlaşdırılmasıdır.
İnterpress.az