Barəsində həbs xəbəri yayılan rəis danışdıbackend

Barəsində həbs xəbəri yayılan rəis danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daha bir rabitə işçisinin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması ilə bağlı xəbər yayılıb.

Musavat.com-a daxil olan məlumata görə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynov saxlanıldıqdan sonra, onunla yaxın münasibətdə olan rabitəçilərin də işlərində yoxlama başlayıb. Əldə etdiyimiz bilgiyə görə, bu gün səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Nizami rayon Telefon Qovşağının rəhbəri Fətulla Seyidov saxlanılıb. Onun fəaliyyətinin yoxlanılmağa başladığı, özünün isə istintaqa cəlb edildiyi deyilir.

Fətulla Seyidov özü musavat.com-a açıqlamasında xəbəri nə təsdiq, nə də inkar edib. Bildirib ki, Beytulla Hüseynovla qohumluğu yoxdur: “Biz sadəcə olaraq onunla birlikdə Naxçıvanda çalışmışıq. Yəni iş yoldaşı olmuşuq. Ümumiyyətlə, rabitəçilər hamısı bir-biri ilə yaxındırlar. Onunla hər hansı bir qohumluğum yoxdur. Mən amasiyalıyam, o, Sədərəkdəndir. İnstitutu bitirdikdən sonra təyinatla Naxçıvanda işləməyə getdim, Beytulla müəllimlə ordan tanışlığımız başladı. Hökumət var, qanun var. Əgər mənim hər hansı bir günahım olacaqsa, bu dövlətə layiq deyiləmsə, tutub həbs edəcəklər. Bundan sıxıntım yoxdur. Şükür ki, hər şey göz qabağındadır” – deyə F.Seyidov bildirib.

Xatırladaq ki, oktyabrın 20-də Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəisi Beytulla Hüseynov hüquq-mühafiə əməkdaşları tərəfindən saxlanılıb. Onun “MTN işi”nə görə tutulduğu haqda iddialar var.

İnterpress.az