Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynovun vəzifəsindən azad olunması təsdiqlənib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə bildiriblər ki, B.Hüseynov nazir Əli Abbasovun əmri ilə işdən azad olunub.
Qeyd edək ki, B.Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur. E.Mahmudov Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.
***
Bu gün B. Hüseynov artıq vəzifəsindən azad olunub. Onun hazırda harada olması haqda məlumat yoxdur.
Məlumata görə Eldar Mahmudov nazir təyin olunandan sonra vəzifəyə gətirdiyi Beytulla Hüseynov işlədiyi dövrdə bir sıra qanunsuzluqların baş verməsində, özbaşına fəliyyətdə, özündən yüksək vəzifəlilərə tabe olmamaqda və MTN-dəki cinayətkar şəbəkənin fəaliyyəti üçün şərait yaratmaqda ittiham olunur. ( qafqazinfo.az )
İnterpress.az