Bu barədə Türkiyə telekanalları Ərdoğan administrasiyasındakı mənbəyə istinadən xəbər yayıb. Türkiyə və Rusiya prezidentləri – Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub. Söhbət zamanı Türkiyə lideri Suriyadakı hərbi əməliyyatların genişlənməsi səbəbindən qaçqın axınının güclənə biləcəyindən narahatlıq ifadə edib. Ərdoğan Putinin diqqətini həmçinin, qadağan edilmiş terrorçu PKK ilə kürdlərin Suriyadakı partiyası (PYD) arasında əlaqələrə cəlb edib.
İki ölkənin rəhbərləri bu məsələləri daha ətraflı şəkildə G 20-nin gələn ay Antalyada keçiriləcək sammiti çərçivəsində müzakirə eləmək barədə razılığa gəliblər.
İnterpress.az