“Qarabağ” və  “Qəbələ” növbəti oyunlarına çıxacaqlarbackend

“Qarabağ” və “Qəbələ” növbəti oyunlarına çıxacaqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qurban Qurbanovun yetirmələri səfərdə “Monako” ilə qarşılaşacaq. “Köhlən atlar” tarixində üçüncü dəfə Fransa klubu ilə qarşılaşacaq. Çempionumuz ikinci pillədəki yerini qorumaq üçün matçdan xalla ayrılmalıdı.
Roman Qriqorçukun yetirmələri isə Dortmund “Borussiya”sını qəbul edəcək. 1/16 final şanslarını çətinə salmamaq üçün “qırmızı – qaralar” bu qarşılaşmadan mütləq xalla ayrılmalıdı. Azərbaycan klubları ilə ikinci dəfə üz-üzə gələcək olan “Borussiya” isə daha əvvəl “Qarabağ”la qarşılaşmış və rəqibini hər iki oyunda məğlub etmişdi. “Qəbələ” bu oyunda xal qazanacağı halda alman klublarını büdrədən ilk klubumuz kimi tarixə düşəcək.

Avropa Liqası
Qrup mərhələsi, III tur
22 oktyabr

C qrupu
20:00. “Qəbələ” – “Borussiya” (Dortmund, Almaniya)
Bakı. “Bakcell Arena” stadionu

J qrupu
22:00. “Monako” (Fransa) – “Qarabağ”
Monako. “Lui II” stadionu

İnterpress.az