Bu barədə Fars agentliyi İranın Çalus şəhər səhiyyə idarəsinin rəhbəri xanım Hədis Gordgeliyə istinadən məlumat verib.
H.Gordgeli deyib ki, zəhərlənən şəxslərin hamısı xəstəxanalara çatdırılıb: “Onlardan 13 nəfərin vəziyyəti ağır olduğu üçün xəstəxanaya yatızdırılıb. Digərləri isə ambulatory müayinədən sonra evə buraxılıblar”.
Onun sözlərinə görə, zəhərlənənlərdən 5 nəfəri uşaq olub.
Hazırda zəhərlənmənin səbəbləri araşdırılır. ( trend.az )
İnterpress.az