İnterpress.az xəbər verir ki, erkən süd vəzi, bağırsaq, mədə, özafagus (qida borusu) xərçəngi olan təxminən 11.000 nəfər cəlb olunacaq.
Preparatın mümkün ola biləcək anti-xərçəng keyfiyyətləri haqqında qeyri-müəyyənlik son illərdə şiddətli tibbi müzakirələrə gətirib çıxarmışdı.
Əgər bu iş sübuta yetirilsə, alimlər daha çox xəstənin həyatda qalması üçün onun effektiv və ucuz yol olacağını deyirlər.
İngiltərənin Xərçəng Tədqiqatı Xeyriyyə Cəmiyyəti və Milli Sağlamlıq Tədqiqat İnstitutu tərəfindən maliyyələşdirilən araşdırma müddətində xəstələr beş il hər gün 1 həb qəbul edəcək.
Tədqiqatçılar müxtəlif dozada aspirin qəbul edən xəstə qrupu ilə saxta həb qəbul edən insanlar arasında müqayisə aparacaq və xərçəngin təkrarlamasına nəzarət edəcəklər.
Sınaq İngiltərənin 100 mərkəzində keçiriləcək. Xərçəng yaxud erkən xərçəng xəstəliyi olan xəstələr cəlb olunacaq və bu sınaq 12 ilə qədər davam edəcək.
Lakin alimlər xəbərdarlıq edir ki , aspirin hər kəs üçün uyğun deyildir və tibbi məsləhət olmadan istifadə edilməməlidir. Hər gün qəbul edilən preparat mədə xorası, mədə və ya beyin qanaxması kimi ciddi sağlamlaqlıq problemləri yarada bilər.
Gülarə
İnterpress.az