Dortmund təmsilçisini paytaxtımıza gətirən təyyarə dünən saat 17:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.
Komandamızın yer aldığı C qrupunun liderini qarşılayanlar arasında saytımızın əməkdaşı da olub. Lakin heç bir futbolçu “Qəbələ” ilə oyun barədə danışmaq istəməyib. Dortmundluların türk əsilli futbolçusu İlkay Gündoğan bildirib ki, onların hava limanında danışmağına qadağa qoyulub.
Qeyd edək ki, “Qəbələ” – “Borussiya” matçı bu gün saat 20:00-da başlayacaq.
İnterpress.az