PKK əleyhinə klipdə Azərbaycan izibackend

PKK əleyhinə klipdə Azərbaycan izi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

PKK-nın kürd-türk ayırımı etmədən bölgə insanının düşməni olduğuna diqqət çəkən reklam filmi Türkiyədə şok effekti yaradıb.

PKK əleyhinə klipdə Azərbaycan izi

“Oyuna gəlmə, qardaşım” adlanan reklam filmi qısa zamanda Türkiyədə böyük səs salıb. Sosial mediada, xüsusilə, türklərin üstünlük təşkil etdiyi “Twitter”də birinci olan #oyunagelmekardeşim haştağı ilə paylaşılan reklam filmi insanları göz yaşına boğub.

PKK əleyhinə klipdə Azərbaycan izi

Ədalət və İnkişaf Partiyasının Şanlı Urfa namizədi Faruk Çelikin çəkdirdiyi klipin ideya müəlliflərindən biri Azərbaycanda tanınan iş adamı Hüseyn Büyükfıratdır. Ssenarisi isə H.Büyükfıratın başçılıq etdiyi “Büyükfırat” Qrupun marka danışmanı olan Taylan Doğana aiddir.

Qeyd edək ki, Ədalət və İnkişaf Partiyasının məşhur Türk bayrağı reklamının müəllifi də Taylan Doğan idi.

PKK əleyhinə klipdə Azərbaycan izi

Türkiyənin məşhur reklamçılarından olan Taylan Doğan 20 ildən çoxdur ki, PR kampaniyalarının təşkili və qurulması ilə məşğuldur. Baş nazir Rəcəb Tayyib Ərdoğanla hələ İstanbul meri olduğu zamandan isti münasibət quran T.Doğan 2010-cu ildə Azərbaycana gələn və müxtəlif media və QHT rəhbərləri ilə görüşlər keçirən türk media heyətində yer almışdı.

Xatırladaq ki, Azərbaycandakı ilk türk şirkətlərindən olan “Büyükfırat”ın sahibi olan Hüseyn Büyükfırat Ədalət və İnkişaf Partiyasının Şanlı Urfadakı təbliğatında yaxından iştirak edir. Hətta Şanlı Urfadakı restoranını da AK Partiyaya seçim bürosu olaraq, bağışlayıb. ( yenicag.az )

PKK əleyhinə klipdə Azərbaycan izi

İnterpress.az