Allahşükür Paşazadəyə “Əl-İzzət – Şərəf, Şöhrət və Ləyaqət” ordeni verilibbackend

Allahşükür Paşazadəyə “Əl-İzzət – Şərəf, Şöhrət və Ləyaqət” ordeni verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konfransın gedişində QMİ sədri A. Paşazadənin Rusiya Mərkəzi Ruhani İdarəsinin ali mükafatı – “Əl-İzzət — Şərəf, Şöhrət və Ləyaqət” ordeni ilə təltif olunduğu barədə fərman elan edilib. Orden QMİ sədri, MDB Dinlərarası Şurasının həmsədri Şeyxülislam Allahşükür Paşazadəyə “İslam dininə uzunmüddətli etibarlı xidmətinə, dünya miqyasında sülh və həmrəyliyin ardıcıl müdafiəsi işində uğurlarına, dünya xalqları, Rusiya və Azərbaycan arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə layiqli töhfəsinə, millətlərarası və dinlərarası dialoq işinə hərtərəfli dəstəyinə, insanların dünyanın taleyinə görə Yaradan, Vətən, gələcək nəsillər qarşısında məsuliyyət daşıdıqları hissini aşıladığına görə” təqdim edilib.

Ordeni və xüsusi hədiyyəni QMİ sədrinə Rusiya Mərkəzi Ruhani İdarəsinin sədri Baş Müfti Talqat Tacuddin təqdim edib. Şeyxülislam A.Paşazadə tədbirdə məruzə ilə çıxış edib.

Ufa şəhərində Beynəlxalq Konfrans öz işini 23 oktyabr tarixində davam etdirəcək.

İnterpress.az