DYP əhaliyə müraciət edibbackend

DYP əhaliyə müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müraciətdə deyilir: \”Bakı şəhər sakinlərinin avtonəqliyyat vasitələrindən rahat istifadə etmələri və yollarda sıxlığın aradan qaldırılması məqsədi ilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi respublikanın bölgələrindən “taksi” xidmətinin fəaliyyətindən istifadə etməklə Bakı şəhərinə gələn vətəndaşların diqqətinə çatdırır ki, Bakı-Astara yolunun 14-cü km-də və Bakı-Quba yolunun Xırdalan şəhərinin girəcəyində (“Riyad” ticarət mərkəzinin yaxınlığında) yerləşən avtodayanacaqlara qədər həmin nəqliyyat vasitələri ilə gələrək, oradan şəhərə qədər ictimai nəqliyyat vasitələrindən istifadə etsinlər\”.

Eləcə də respublikamızın bölgələrinə gedən vətəndaşların da nəzərdə tutulan dayanacaqlardan “taksi” xidmətindən istifadə etməklə yollarına davam etdirmələri tövsiyyə olunur.

İnterpress.az