Hadisə Binəqədi rayonu ərazisində baş verib.
Musavat.com xəbər verir ki, iki maskalı şəxs 1994-cü il təvəllüdlü Aysel Hüseynovanın Binəqədi qəsəbəsi 1-ci Mədən korpusunda yerləşən mənzilinə basqın ediblər.
Mənzilə pəncərədən daxil olan maskalı şəxslərdən biri ev sahibinin ağzını yastıqla tutub. Digər şəxs isə evdə olan qızıl üzük, qızıl boyunbağı və 1 cüt qızıl sırğanı götürüb.
Maskalı şəxslər hadisə yerindən qaçıblar.
Faktla bağlı Binəqədi polisi tərəfindən araşdırma aparılır.
İnterpress.az