Hadisə Xətai rayonu ərazisində baş verib.
Rayonun S.Əhmədov küçəsində yaşayan 1997-ci il təvəllüdlü Nahidə Quliyeva (ad şərtidir) polisə müraciət edərək, eyni evdə yaşadığı atalığı tərəfindən cinsi zorakılığa məruz qaldığını bildirib.
O, bildirib ki, onunla eyni evdə yaşayan atalığı 1967-ci il təvəllüdlü Yalçın Quliyev (ad şərtidir) ona qarşı zorakılıqla əxlaqsız hərəkətlər edib.
Şikayətlə bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır. ( musavat.com )
İnterpress.az