MTN-in idarə rəisi vəzifəsindən çıxarılıb?backend

MTN-in idarə rəisi vəzifəsindən çıxarılıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) və Baş Prokurorluğun MTN-də həyata keçirdiyi xüsusi əməliyyat zamanı tutulanlar sırasında general-mayor S.Qurbanovun işçisi Füzuli Əliyev də var. Belə xəbər var ki, F.Əliyev idarə rəisinin əleyhinə ifadə verib. Bundan sonra idarə rəisini tutduğu postdan uzaqlaşdırılması haqda qərar qəbul olunub.

Redaksiyamıza daxil olan məlumatı dəqiqləşdirmək üçün MTN-in İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayevlə əlaqə saxladıq. Mərkəz rəhbəri S.Qurbanovun tutduğu vəzifədən azad edilməsi ilə bağlı sorğumuzu bir qədər sonra cavablandıracağını bildirdi. Məsələ ilə bağlı veriləcək cavabı da təqdim edəcəyik. ( musavat.com )

İnterpress.az