Sabunçu Rayon İcra hakimiyyətinin başçısı Adil Vəliyev həbsxananın bir addımlığındadır. Bir necə gündür Parlament seçkilərinə hazırlıq işləri aparılır, bununla bağlı seçki məntəqələrində namizədlərin təbliğatı və darə ərazisinin sakinləri ilə görüşlər keçirilir. Təəssüflər olsun ki, Sabunçu rayon icra hakimiyyətinin başcısı Adil Vəliyev bir məktəb direktorunun üzərində duraraq hər yerdə şəxsən özü onun təbliğatını aparır. Hətta, məktəb direktorunun verdiyi seçki dairəsindən, hansı şəxslər deputatlığa namizədliyini irəli sürübsə onların bir neçəsini hədələyərək mandatını ləğv etdirib və bir neçəsinə də külli miqdarda pul, torpaq sahəsi, biznes təklif edib. Buna baxmayaraq şərəfini, millətini sevən şəxslər ona layiqincə cavab verərək bildiriblər ki, şəxsiyyətlərini, millətini, xalqını heç bir şeyə dəyişməzlər. O yenə də, çirkin əməllərindən əl çəkmək bilmir ki, bilmir. Sabunçu rayon icra hakimiyyətinin işciləri məktəb direktorunun təbliğatını apardığına görə öz aralarında, cra başcısını lağ edib onu məşxərəyə qoyub gülürlər. Hətta, məktəb direktorunun həyat yoldaşının adını \”ZONTİK\” qoyublar.
Diqqətinizə çatdırım ki, tək Adil Vəliyev yox, bir çox icra başcıları deputatlığa namizədliyini irəli sürən şəxslərə namizədliyini geri götürməkləri haqqında külli miqdarda pul, torpaq və onlara biznes qurmaqlarına imkan yaratdığını vəd ediblər ki, namizədliklərini geri götürsünlər. Görünür ki, icra hakimiyyətinin başcıları başları korrupsiyaya, çirkin əməllərə qarışdığından nə mətbuatı, nə də telekanalları izləyə bilməyiblər, ölkədən xəbərləri yoxdur. Bilmirlər ki, Milli Təhlükəsizlik Nazirliyinin bir neçə vəzifəli şəxsi vətəndaşlara təziq göstərdiklərinə görə həbs olunublar. İndi isə sıra Sabunçu rayon icra hakimiyyətinin başcısı Adil Vəliyevdədir. Bu gedişlə o, həbsxananın bir addımlığındadır. Ona bu yazını bir mesaj olaraq göndərirəm: Adil Vəliyev, o şəkildə uzatdığınız barmağı vətəndaşların gözünə soxmayın, elə çox barmaqlar qırılıb bu ölkədə, özünü icra hakimiyyətinin başcısı olduğunuz rayonda ziyalı kimi, xalqa xidmətçi kimi, aparın .HEGOMONLUQ etməyin, ziyalılara hörmət qayğı göstərin, çünki, bu sizin borcunuzdur, əks halda sizi iflic edici yazı gözləyir.
Azer Allahverdiyev
İnterpress.az