Meyit müayinə olunub və üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb. V. İsmayılovun meyiti ailəsinə təhvil verilib.
Qeyd edək ki, Ağcabədidə “Kolxoz bazarı” adlanan yerdə xarici valyutanın alqı-satqısı ilə məşğul olan 1956-cı il təvəllüdlü V. İsmayılov oktyabrın 17-də saat 07:40 radələrində evdən çıxıb və geri qayıtmayıb.
Bununla bağlı Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən axtarış elan olunub.
İnterpress.az