Sudan zəhərlənmə ilə bağlı nazirlikdən açıqlamabackend

Sudan zəhərlənmə ilə bağlı nazirlikdən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə məlumatı AzNews.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova verib. Onun sözlərinə görə, sakinlərin kütləvi şəkildə sudan zəhərlənməsi kimi deyilən fikirlər doğru deyil: “Sadəcə olaraq bir neçə nəfər sudan içiblər. Onlarda da mədə-bağırsaq problemləri yaranıb. Həmin şəxslər də xəstəxanaya yerləşdiriliblər. Onlara profilaktik yardım göstərilib. Demək olar ki, həyatları üçün heç bir təhlükə yoxdur. Xəstələr mədə-bağırsaq infeksiyası ilə bağlı müalicə alırlar. Vəziyyətləri yaxşı olduğu üçün ya bu gün, ya da sabah evə buraxılacaqlar”.

Səfayə Əhmədova qeyd edib ki, hazırda uşaqlar da daxil olmaqla cəmi 15 nəfər xəstəxanadadır.

Qeyd edək ki, dünən mətbuatda Qaraçuxur qəsəbəsi Zaur Şərifov 24 ünvanında 70-ə yaxın adamın sudan zəhərlənməsi ilə bağlı məlumatlar yer alıb. Bildirilir ki, onlardan 20-dən çoxu uşaqdır.

İnterpress.az