Bunu APA-ya müsahibəsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən hüquqlarının pozulduğunu deyən Əfsəl Həsənəliyev bildirib. Agentliyə müraciət edən keçmiş polis əməkdaşı bildirib ki, onu 4 ay 29 gün həbsdə saxlayıblar: \”Məndən 100 000 manat rüşvət istədilər. Vəkilim də şahiddir. Bu qədər pulum olmadığını dedim, hər gün pula görə çağırıb soruşurdular. Axırda ailəm məcbur olub yeganə mənzilimi \”Unibank\”a girov qoydu, 32 min manat gətirib verdi. Hətta krediti dollarla götürmüşdülər, mənə dedilər ki, manata çevirib gətirsinlər. İndi o pulu da qaytara bilmirəm, dilənçi vəziyyətindəyəm\”.
Ə. Həsənəliyev bildirib ki, onlar həbsdə olan vaxt hətta vəkilinin müraciəti ilə Dövlət Gömrük Komitəsi sahibkarların saxlanılmasının qanundankənar olduğunu bildirən etiraz məktubu da göndərib. Ə. Həsənəliyevin vəkilinin təqdim etdiyi iş materiallarında bu məktub da öz əksini tapıb. Lakin bu da işə yaramayıb.
\”Bizdən pulu tələb edənlər deyirdilər ki, bunu yuxarı rəhbərliyin tapşırığı ilə edirlər\”, – deyə Ə. Həsənəliyev bildirib.
O qeyd edib ki, sonradan Məcid Anqubazovun məhz MTN əməkdaşları tərəfindən onlara qoşulduğu anlaşılıb: \”Orxan və Sərdardan 100 min, rəhmətlik Cahangirdən isə 80 min manat aldılar. Cahangir 40 gün əvvəl dözməyib intihar etdi. Borcun içində batırdı\”.
İnterpress.az