MTN-dən xüsusi əməliyyat – 42 nəfər saxlanıldıbackend

MTN-dən xüsusi əməliyyat – 42 nəfər saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həmin şəxslər islam radikal qruplaşmaların üzvləri olmaqda şübhəli bilinirlər.

Məlum olub ki, xüsusi-xidmət orqanlarının əməkdaşları Fərzəliyev soyadlı iş adamına məxsus Farkli Lahmacun kafe-çay evində gözlənilməz axtarış həyata keçiriblər. Bu zaman orada olan 40-a yaxın şəxsin dini xarakterli tədbir keçirdikləri məlum olub. Onların arasında iki yetkinlik yaşına çatmayanlar da olub.

Saxlanılanların bəziləri ilə bağlı cinayət işi açılıb. Hazırda onlardan cəmi üçünün adı məlumdur. Bunlar Zaqatala rayon sakini Adil Məmməd oğlu Rəcəbov, Kamran Eldaroğlu və Bakı sakini Zaur Əhəd oğlu Şabanovdur.

İstintaq orqanları saxlanılanların Azərbaycandan kənarda fəaliyyət göstərən qanunsuz silahlı qruplaşmaların üzvü olub-olmadıqlarını araşdırır. ( haqqin.az )

Qeyd edək ki, Adil Rəcəbov \”Əbu-Bəkr\” məscidinin imamı Qamət Süleymanovun müavinidir.

İnterpress.az