“Ermənistan həmişə Naxçıvanı işğal etməyə çalışıb”backend

“Ermənistan həmişə Naxçıvanı işğal etməyə çalışıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə amerikalı jurnalist və araşdırmaçı Peter Tase (Peter Tase)
“Naxçıvanın taleyi: Moskva və Qars müqavilələrinin təkrar pozulması” sərlövhəli məqaləsində yazıb.

Müəllif qeyd edir ki, 29 noyabr 1920-ci ildə Ermənistanda qurulan bolşevik hakimiyyəti Naxçıvan və Zəngəzuru Ermənistan ərazisinə birləşdirmək istəyirdi. Lakin Naxçıvan və Zəngəzurun mülki əhalisi bu qərarın əleyhinə çıxaraq kütləvi etirazlar təşkil edib.

1921-ci ilin 16 martında imzalanan Moskva müqaviləsinə də toxunan Peter Case müqavilənin Azərbaycanın ərazi bütövlüyünü qoruduğuna və Naxçıvanın statusunu müəyyənləşdirdiyinə diqqət çəkib.

Peter Tase qeyd edir ki, Qars müqaviləsi imzalananda Naxçıvanın ərazisi 6 988 kv/km olub, sonradan isə Naxçıvan torpaqlarının qeyri-qanuni şəkildə Ermənistana verilməsi nəticəsində 5 500 kv/km-ə qədər azalıb. Beləliklə, beynəlxalq müqavilələr birtərəfli qaydada pozulub.

Müəllif yazır ki, Moskva və Qars müqavilələri bu günədək hüquqi qüvvəsini saxlamaqla yanaşı, Ermənistan tərəfindən Naxçıvan Muxtar Respublikası ərazilərinin ilhaqı 1969-cu il Vyana Konvensiyası, habelə 1975-ci il Helsinki Yekun Aktında müəyyən edilmiş beynəlxalq normalarla ziddiyyət təşkil edir.

“Dünyanın bir çox millətləri Azərbaycan Respublikasının suveren ərazisində son 27 ildə baş verən Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət yetirərkən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazilərini faciəvi surətdə itirməsi barədə unudur. İrəvanda isə insanlar rejim tərəfindən təcrid şəraitində, çətin iqtisadi durumda yaşayırlar. Unutmamalıyıq ki, Naxçıvan bəşər sivilizasiyasının beşiyidir və dünya ictimaiyyətindən xüsusi diqqət tələb edir”, – deyə yazıda bildirilir. ( apa )

İnterpress.az