Milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyevin əmri ilə general-moyor Vüqar Zülfüqar oğlu Allahquliyev MTN-nin hərbi hissəsinin komandiri vəzifəsindən azad edilib. V. Allahquliyev eks-nazir Eldar Mahmudovun ikinci həyat yoldaşının dayısı nəvəsidir.
Allahquliyev Azərbaycanda ən gənc generaldır. 36 yaşlı V. Allahquliyevə bu ilin mart ayında General-mayor ali hərbi rütbəsi verilib. 2007-ci ildə o prezidentin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə də təltif olunub. ( qafqazinfo.az )
İnterpress.az