Adamava ştatının paytaxtında qeydə alınan partlayışı terrorçu-kamikadze törədib.
Bu, gün ərzində Nigeriyada törədilən sayca ikinci terror aktıdır. Səhər saatlarında Borno ştatının inzibati mərkəzi Mayduquridə terrorçu-kamikadze özünü partladıb. Hadisə nəticəsində 28 nəfər ölüb.
Partlayışlara görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib. ( apa )
İnterpress.az