Aktrisa vəfat etdibackend

Aktrisa vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov məlumat verib.

Nazirlik rəsmisinin sözlərinə görə, G. Salmanova ilə vida mərasimi sabah saat 11:00-da Arif Heydərov küçəsi 25 ünvanında yerləşən mənzilində keçiriləcək: \”Dövlət Musiqili Teatrının rəhbərliyinin müraciəti əsasında əməkdar artist Gülnar Salmanova şəhər qəbiristanlığında dəfn olunacaq. Dəfn mərasimində Mədəniyyət vəTurizm Nazirliyinin əməkdaşları, teatrın kollektivi iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi adından mərhumun yaxınlarına və əzizlərinə başsağlığı veririk. Allah rəhmət eləsin\”.

Gülnar Salmanovanın vəziyyəti oktyabrın 19-da ağırlaşmışdı.

O, Mədəniyyət və Turizm Nazirliyi və teatrın rəhbərliyinin köməkliyi ilə Sabunçu rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Aktrisa xərçəng və şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi.