Putinin Suriya planı – VİDEObackend

Putinin Suriya planı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bununla bağlı Vyanada görüş keçirilir. Rusiyanın Suriya münaqişəsinin həlli ilə bağlı təklifləri bu gün mətbuata sızıb.

Rusiyanın təklifləri aşağıdakılardır:

1. \”Hədəflər siyahısı\” yaradılmalıdır. Suriyada münaqişəsinin siyasi həllini rədd edənlər bu siyahıya əlavə ediləcək və bundan sonra Rusiya, ABŞ və müttəfiqləri onları bombalayacaq.

2. Suriya müxalifləri ilə Əsəd ordusu arasında bütün döyüşlər dondurulacaq.

3. Suriya müxalifəti və \”Azad Suriya ordusu\”nun da iştirak etdiyi Dialoq konfransı keçirilməlidir. Konfransdan əldə olunacaq nəticələr:Bütün tutulanlar azad edilməli, Parlament seçkiləri keçirilməli, Əfv sərəncamı verilməli, Suriya birlik hökuməti qurulmalı, Konstitusiya dəyişikliyi edilməlidir.

4. Rusiya prezidenti Vladimir Putin yeni seçkilərdə Bəşər Əsədin namizəd olmayacağına, ya da özü tərəfindən namizəd göstərilməyəcəyinə dair zəmanət verəcək.

5. Rejim və müxalif qüvvələr ortaq Beynəlxalq Müdafiə Qüvvələri yaratmalıdır. \”Azad Suriya ordusu\” və digər müxalif qüvvələr Suriya ordusu və təhlükəsizlik qüvvələrinə qatılacaqlar.

6. Rusiya Suriya daxilində və xaricində bütün müxalif qrup üzvləri, fəalları və döyüşçüləri üçün əfv elan edilməsi üçün zəmanət verəcək. Bunun əvəzində müxalifət ölkə daxilində və xaricində Əsədi məhkəməyə verməyəcək

7. Bəşər əsəd və müxalifət tərəfdarları bir-birlərinə hücumlar etməyəcək. İstənilən döyüşə son qoyulacaq və dəstək verən ölkələr hansı qrupa olursa olsun silah göndərməyəcək.

8. Rusiya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından müvafiq qərarı aldıqdan sonra sülh planının həyata keçirilməsini zəmanət altına alınması üçün Suriyadakı hərbi varlığını davam etdirəcək.

Rusiyanın bu təklifləri ətrafında müzakirələr davam edir. ( anspress.com )

İnterpress.az