Dünən vəzifədən azad olunan Vergilər Nazirliyinin Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi, general Vidadi Məmmədov saxlanılıb. Vergi generalı hələ dünən Milli Təhlükəsizlik Nazirliyində baş verənlərlə bağlı Baş Prokuroluqda aparılan istintaqa cəlb olunmuşdu.
General V.Məmmədov MTN-in sabiq rəhbəri Eldar Mahmudovun ən yaxın adamlarından idi. O, faktiki olaraq MTN-in Vergilər Nazirliyindəki nümayəndəsi sayılırdı.
Məlumata görə, Vidadi Məmmədovun MTN-də işləyən oğlu və Vergilər Nazirliyində çalışan digər yaxın qohumları da artıq işdən çıxarılıblar. ( virtualaz.org )
İnterpress.az