Polisə müraciət edən Badamdar qəsəbə sakini Gülnar Abdullayeva bu ilin mayında tanışı, 1972-ci il təvəllüdlü Bəturə Qasımovaya 67 min 500 manat verdiyini deyib.
Şikyətçi qeyd edib ki, pulu həmin şəxsə mayın 12-dən 28-dək olan müddətdə hissə-hissə verib. B.Qasımova bu pulla ticarətini böyüdəcəyini deyib.
Lakin qarşı tərəf vəd verdiyi kimi pulu vaxtında qaytarmayıb.
Müraciət əsasında araşdırma aparılır. ( lent.az )
İnterpress.az