Turizm şirkətinin rəhbəri beynəlxalq axtarışa verilibbackend

Turizm şirkətinin rəhbəri beynəlxalq axtarışa verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

35 yaşlı Əhməd Məmmədov Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir.

Ə. Məmmədov ölkədən qaçdığı üçün Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində həbsli axtarış elan edib və saxlanılması üçün İnperpola müraciət olunub.

APA-nın əldə etdiyi məlumata görə, Ə. Məmmədov Azərbaycanda fəaliyyət göstərən “Happy Qrup” turizm şirkətinin direktoru olub. İddialara görə, o müxtəlif şəxslərin etimadından sui-istifadə edərək 300 min manata yaxın pul mənimsəyib.

Şikayətçilərdən birinin APA-ya verdiyi məlumata görə, Ə. Məmmədov təkcə Azərbaycan deyil, Rusiya hüquq-mühafizə orqanları tərəfində də axtarılır. Onun Rusiya vətəndaşlarına qarşı da dələduzluq etdiyi bildirilir.

İnterpress.az