Göyçayda iki avtomobil toqquşubbackend

Göyçayda iki avtomobil toqquşub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə bu gün səhər saat 8:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. 23-BX-428 dövlət nömrə nişanlı, “VAZ 21099” dövlət nömrə nişanlı minik avtomobili qarşı tərəfdən gələn 23-BJ-526 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub.

Hadisə zamanı Göyçayın Ləkçiplaq kənd sakini, 1941-ci il təvəllüdlü İsmayılov Arif Məhəmməd oğlu, Şıxbəy kənd sakini, 1977-ci il təvəllüdlü Zalov Taleh Fazil oğlu və Ərəb kənd sakini, 1994-cü il təvəllüdlü Xəlilov Asif Asim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. ( apa )

İnterpress.az