Oktyabrın 26-da saat 05 radələrində Xətai rayonu ərazisində xidmətdə olan 36-cı Polis Bölməsinin əməkdaşları İltifat Bayramov və İsmayıl Şahbazov şübhə doğuran 2 nəfərə yaxınlaşarkən onlardan biri odlu silahdan açdığı atəşlə İ.Bayramova ayaq nahiyəsindən xəsarət yetirib hadisə yerini tərk ediblər.
Görülmüş tədbirlərlə onlardan biri – Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yevgeniy Antonovskiy tutulub və ondan kustar üsulla hazırlanmış tapança götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.
İnterpress.az