Eldar Mahmudovun daha bir şəriki və qohumu işdən qovuldubackend

Eldar Mahmudovun daha bir şəriki və qohumu işdən qovuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vəzifə səlahiyyətlərini aşmaqda və bir çox cinayətlərdə ittiham olunan keçmiş nazirin yaxın adamı, Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Əhməd Talıbov tutduğu postdan azad edilib.

Məlumata görə, Ə.Talıbovla icra başçısı arasında münasibətlər həmişə kritik olub. Müavin başçını saymayıb, özfəaliyyətlə məşğul olub, özünü rayonun yiyəsi kimi aparıb. E.Mahmudovla yaxınlığı onun bu hegemonluğun illlərdi davam etməsinə şərait yaradıb.

Mahmudovun başçı müavinini belə himayə etməsi təkcə onların qohumluq əlaqələriylə bağlı deyil. Onlar həm də biznes ortağıdır.

Belə ki, biznes ortaqlığı (Talıbovun Suraxanı ərazisində Mahmudovla şərikli obyektləri, o cümlədən Hövsanda ticarət mərkəzləri var) başçı müavinini rayonda daha böyük səlahiyyət sahibi edib.

Lakin Mahmudov vəzifədən çıxarılandan cəmi 2 gün sonra onun bütün səlahiyyətləri əlindən alınıb.

Məlumat üçün bildirək ki, Ə.Talıbovun kapitan rütbəli oğlu Talıb Talıbov MTN-də işləyir. İstintaq zamanı onun da əməllərində xeyli qanun pozuntuları aşkarlanıb və \”qara siyahıya\” salınıb.

Qeyd edək ki, oktyabrın 17-də Prezident İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub.

E.Mahmudovun işdən azad edilməsindən sonra nazirliyin 6-sı general olmaqla 13 yüksək vəzifəli əməkdaşı nazirlikdəki postundan uzaqlaşdırılıb.

Həmçinin Mahmudova yaxın başqa sahələrdə çalışan bir neçə şəxs də vəzifəsini itirib. ( aznews.az )

İnterpress.az