Eks nazirin qardaşı Məhəmməd Binnət oğlu İnsanov dünyasını dəyişib.
Hazırda mərhumun dəfn mərasimi keçirilir.
Qeyd edək ki, Ə.İnsanov hazırda həbsdədir. 2005-ci ilin oktyabr ayında həbs olunan sabiq nazir dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunaraq 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.
İnterpress.az