Əli İnsanov bir müddətlik azadlığa çıxa bilərbackend

Əli İnsanov bir müddətlik azadlığa çıxa bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə AzNews.az-a eks nazirin vəkili Toğrul Babayev məlumat verib. Onun sözlərinə görə, ərizə rəhbərliyə bu gün təqdim olunub: “Biz xahiş etdik ki, Əli İnsanova qardaşının yas mərasimində iştirak etmək üçün şərait yaradılsın. Nəticəsini hələ bilmirik”.

Qeyd edək ki, Əli İnsanovun qardaşı Məhəmməd İnsanov bu gün dünyasını dəyişib.

Onu da bildirək ki, 2005-ci ilin oktyabr ayında həbs olunan sabiq nazir dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunaraq 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.

İnterpress.az