BAK İdarə Heyəti müxtəlif məsələlərin, o cümlədən Azərbaycanda baş verən müxtəlif pozitiv proseslərin gedişatına, 1 noyabr Parlament seçkilərinə, Avropa Birliyinin Azərbaycana qarşə qərəzli davranışlarına münasibət bildirərək Benilüks Azərbaycanlılar Konqresinin hər zaman bu proseslərin mərkəzində yer aldığını və müxtəlif siyasi bəyanatlarla çıxış etdiyini bir daha dilə gətirdi.
Beniluks Azerbaycanlilar Kongresinin Idare Heyeti Azerbaycan Presidenti cenab Ilham Eliyevin son zamanlar korrupsiyaya, rusvetxorluga garsi attigi geti addimlari desteklediklerini, bash veren prosesleri diggetle izlediklerini ve her zaman olke Presidentinin yaninda olduglarini geyd etdiler.
Benilüks Azerbaycanlılar Konqresinin Niderland ərazisində fəaliyyət göstərən İdarə Heyətinin işində Azərbaycanın Haaqadakı Fövqəladə və Səlahiyyətli səfiri Mirhəmzə Əfəndiyev və xanımı Sevil Əfəndiyeva da iştirak etdilər.
Səfir Benilüks Azerbaycanlılar Konqresinin Avropa məkanında böyük bir siyasi qüvvə olduğunu geyd edərək bundan sonra da Haaqadakə diplomat korpusu ilə BAK nümayəndələrinin müxtəlif proseslərdə bir yerdə fealiyyət göstərməsinin zəruri olduğunu vurğuladı.
Səfir Əfəndiyev ve BAK İdarə Heyətinin üzvləri 2015-2016-ci illərdə hər iki qurumun fəaliyyət planını müzakirə etdilər.
Benilüks Azerbaycanlılar Konqresinin
Mətbuat Xidməti
İnterpress.az