\”Yeni Müsavat\” qəzetinin hazırladığı məqalədə hazırda Baş Prokurorluqda illərlə qapalı qalan MTN-lə əlaqəli işlərin qruplaşdırılmasının da davam etdirildiyi göstərilir. Qəzet yazır ki, seçkidən sonra Eldar Mahmudovun 11 illik nazirliyi dövründə baş verən cinayətlərlə bağlı ictimaiyyətə əlavə açıqlamaların veriləcəyi də gözlənilir. Hələlik isə seçkiöncəsi olduğundan hakimiyyət qurumda baş verənlərlə bağlı informasiyaların yayılmasında o qədər də maraqlı deyil…
Mahmudov haradadır?
Oktyabrın 17-də Eldar Mahmudov milli təhlükəsizlik naziri postundan uzaqlaşdırılmazdan əvvəl Prezident Administrasiyasına çağırılıb. Orada nazirin telefonları götürülüb. E.Mahmudov Prezident Administrasiyasında olduğu dəqiq