Yasamal Rayon Məhkəməsinin qərarı ilə B. Hüseynovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
B. Hüseynov Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır.
Qeyd edək ki, B.Hüseynov rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun əmri ilə işdən kənarlaşdırılıb. Onun tutduğu vəzifə müvəqqəti olaraq texniki direktor Rəsul Qurbanova həvalə olunub.
Onu da əlavə edək ki, B. Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur. ( apa )
İnterpress.az