Mətbuatda sabiq milli təhlükəsizlik nazirinə obyektlər barədə məlumatlar dərc olunub. Qafqazinfo.az sabiq nazirin Badamdardakı sarayından reportaj hazırlayıb.
İnterpress.az həmin reportajı təqdim edir:
MTN-in keçmiş rəisinin evinin yerləşdiyi məhəlləyə daxil olduq və qonşulardan eks-nazirlə bağlı nəsə soruşmaq istəyirdik ki, aldığımız cavab belə oldu: “Bu məhəllədə onun adını çəkmək olmur. Çünki o, bütün danışıqları dinlətdirir. Biz öz canımızdan bezməmişik”.
Daha sonra isə adı rüşvət və korrupsiyada əməllərində hallanan sabiq məmurun evinə yaxınlaşmağa cəhd etdik. Sözün əsl mənasında villaların içində möhtəşəm iqamətgahın önündə durduq. Uzun cəhdimizdən sonra axır ki, ətrafdakı insanlarla ünsiyyətimiz alındı. İlk sualımıza cavab belə oldu: “Biz bildiyimizə görə, bura Eldar müəllimin hər gün əsgərlərin keşik çəkdiyi qərargahıdır”.
Daha sonra söhbətlərinə belə davam ediblər:
“Ötən gün evin ətrafına polis maşınları yığılmışdı. İçəridə yoxlama aparılır. Bu məhəllədə ən bahalı villa Eldar Mahmudova məxsusdur. Evin hər tərəfi kameradır. 4 mərəbəlidir. Onun yerin altında da mərtəblərinin olduğunu eşitmişik.
Bu məhəllədə adi bir otaqlı kirayə evin qiyməti 250 manatdı. Gör bu villa üçün o, neçə milyard pul xərcləyib? Evinin qaşısındakı o bağı görürüsünüzmü. Eldar Mahmudov hər axşam o bağda ağaclara qulluq edərdi. Barəsində sərəncam çıxandan bəri bu tərəflərə gəlmir. Onun ailəsi də bu evdə qalırdı.
Evdə çoxlu fəhlələr işlədirdilər. Fəhlələrin maaşını vermirdilər. İki gün olar ki, bütün fəhlələr işdən çıxıb evlərinə gediblər.
Biz elə bilirdik bura onun qərargahıdır. Evin dörd tərəfini əsgərlər qoruyurdu. İndi heç bir əsgər yoxdu. Evinin qabağındakı bu yaşıl düzəngah isə onun bağıdır. O, bağında ceyran heykəli də qurdurub. Bağın 80-90 sot sahəsi var. Orda bütün ağaclar var.
Ev o qədər böyükdür ki, vallah bilmirik onun neçə qapısı var. Biz saydığımıza görə evin 5 darvazası var. Həyətində maşınlar üçün lift də var. Liftlə maşınlar evin yuxarı və aşağı qatlarına enə bilirlər. Liftin üzü çox bahalı metaldan hazılanıb. Deyilənə görə həmin metal qızıldan hazılanıb.
O, işdən çıxmamışadan öncə hər gecə evə gələrdi. Həyətində 10-a yaxın yaxın bahalı maşın olardı. İndi də tez-tez evə bahalı maşınlar daxil olur. Villanın həyətində istirahət üçün bütün şərait yaradılıb.
Orda idman meydançası da qurulub. Məhəllənin bütün yolları pis gündədir. Palçıq içərindədir. Amma onun evinin önündə yol çəkdirib. Bütün mülk iri divarlarla hasarlanıb.
Eldar Mahmudovun evinin adi dam hissəsi məhlədəki bütün evlərin qiymətindən bahadır.
İndi evdə bir iki nəfər qalır. İşdən çıxarılandan sonra biz onu buralarda görməmişik. Burda danışmaq çox təhlükəlidr. O səsimizi yazdıra bilər”.
Daha sonra isə sabiq nazin evinin qapısına yaxınlaşdıq. Amma bilmədik ki, neçənci qapını döyək? Bağın qabağında kişiyə yaxınlaşmaq istədik. Gördük ki, kişi oturduğu stulda yatır…
İnterpress.az